Komplementarlıq. Bir əlamət qeyri-allel genlərlə idarə olunur. Ətirli noxud bitkisində çiçəklərin rəngi buna misal ola bilər. Əgər bitkinin genotipində çiçəyin rəngini idarə edən dominant gen yalnız bir allel cütündə olarsa, ağ rəngli; hər iki cüt allel olarsa, qırmızı rəngli çiçəklərə malik bitkilər alınar.
Epistaz. Qeyri-allel genlərdən biri digərinin təsir gücünü zəiflədə bilir. Buna epistaz deyilir. Adadovşanlarında tükün rəngi iki cüt allellə müəyyən olunur. Onlarda rəngin əsas geni (C - c), digəri isə rəngi paylaşdıran (A - a) allelləridir. Nəticə belə olur:
Polimeriya. Əlamətin meydana çıxması müxtəlif qeyri-allel genlərin qarşılıqlı təsirindən asılıdır. Əsasən əlamətin meydana çıxması dominant allellərin miqdarından asılı olur. Məsələn, insanda dərinin rəngi dörd cüt qeyri-allel genlərlə idarə olunur.