Lipid mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikləri
iki qrupa bölürlər:
1. Mübadilənin pozulması nəticəsində yaranan məhsulların
hüceyrə daxilində və ya qanda toplanması ilə yaranan
xəstəliklər;
2. Lipid mübadiləsinin pozulması nəticəsində sinir sistemində
yaranan xəstəliklər.
Amin turşu mübadiləsinin pozulması gen xəstəlikləri arasında
ən böyük qrupdur. Bunlardan fenilketanuriya və tirozinemiyanı
göstərmək olar.
Vitamin mübadiləsinin pozulması müxtəlif xəstəliklərin yaranmasına
səbəb olur. Məsələn, homosisturiya. Bu zaman mərkəzi sinir
sistemi zədələnir, damar mənşəli tromblar əmələ gəlir, göz büllurunda
qüsurlar meydana çıxır.