Bal arılarında dişilər 2n, erkəklər isə n xromosom yığımlarına malik olur.
FHələ çoxdan qeyd olunmuşdur ki, bir çox heyvan populyasiyalarında və insanlarda yeni yaranan nəsillərdə cinslərin nisbəti 1:1-dir. Bunun səbəbini necə izah edərsiniz?
• Cinsiyyətlə ilişikli irsiyyətin nə olduğunu yadınıza salın.
Cinsiyyət xromosomları yalnız cinsiyyəti müəyyənləşdirmir. Autosom xromosomlarda olduğu kimi, cinsiyyət xromosomlarında da ilişikli qrupların olduğu məlumdur. Həmin genlərin cinsiyyətlə ilişikli genlər, bunların nəslə ötürülməsi isə cinsiyyətlə ilişikli irsiyyət adlandığını bilirsiniz. Məsələn, pişiklərdə ala-bula rəng yalnız dişilərdə müşahidə olunur. Bunun səbəbi uzun müddət naməlum qalmışdır. Cinsiyyətlə ilişikli irsilik hadisəsi məlum olduqdan sonra bu məsələ aydınlaşmışdır.
Pişiklərdə qara rəng B, sarı rəng b geni ilə müəyyən olunur. Bu genlər X xromosomlarda yerləşir. Y xromosomlarda belə genlər olmur. Belə olduğu halda Bb kombinasiyasında ala-bula pişiklər alınır.
FSxemdə sual işarələrinin yerinə genotipləri yazın və erkəklərin ala-bula olmamasının səbəbini izah edin.
İnsanlarda hemofiliya (qanın laxtalanmaması) və daltonizm (qırmızı və yaşıl rəngləri seçə bilməmək) xəstəliklərinin də cinsiyyətlə ilişikli keçdiyi məlumdur. Daltonizm xəstəliyi resessiv genlərlə idarə olunur və X xromosomunda yerləşir. Deməli, dominant genləri daşıyan X xromosomu digər X xromosomunda daşınan resessiv əlaməti üzə çıxmağa qoymur. Xəstəlik oğlanlarda fenotipcə özünü göstərə bilir. Çünki Y xromosomlan bu genlərə heç bir təsir göstərə bilmir.