İlişikli irsiyyət
Müxtəlif allelləri daşıyan genlər homoloji xromosomların müxtəlif cütlərində yerləşərkən əlamətlər sərbəst paylanır. Genlərin sayı xromosomların sayından dəfələrlə artıqdır. Buna görə də bir xromosomda çoxlu genlər yerləşə bilər. Aydındır ki, bu zaman genlər sərbəst paylana bilməz.
M• Verilmiş xromosom cütlərində nə kimi fərq var?
• Mendel qanunlarını bunların hansına aid etmək olmaz?
Araşdırma aparın və sualları cavablandırın.
•Müxtəlif allelləri daşıyan genlər homoloji xromosomların eyni cütlərində yerləşərkən əlamətlər hansı qanunauyğunluqla nəsildən nəslə ötürülər?
• İlişikli irsiyyət hadisəsi nəyə deyilir?
Tomas Morqan genetika ilə ötən əsrin əvvəlində, Mendel qanunlarının yenidən kəşfindən sonra maraqlanmağa başlamışdır. Onun tədqiqat obyekti drozofil (meyvə milçəyi) olmuşdur.
Tomas Hant Morqan - Amerika bioloqu, genetika elminin banilərindən biri, İtakada, Nyu-Yorkda (1932) Genetika üzrə VI Beynəlxalq konqresin sədri olub. “Xromosomların irsiyyətdə rolu” ilə bağlı kəşfə görə Nobel mükafatına layiq görülüb.