İnsanın albinizm xəstəliyinə (melanin piqmentinin olmaması və ya çatışmazlığı) tutulması və solaxay olması resessiv əlamətdir. Ailədə valideynlərdən biri diheteroziqot genotiplidir, digər valideyn isə bu əlamətlər üzrə resessiv fenotipə malikdirsə, həmin ailədə uşaqların göstərilən əlamətlərlə doğulma ehtimalı nə qədərdir?