Hibridlərin öz-özünə tozlanması zamanı fenotipə görə sarı-hamar, sarı-qınşıq, yaşıl-hamar, yaşıl-qırışıq toxumlu noxudlar 9:3:3:1 nisbətində alınmışdır. Genotipə görə isə 4:2:2:2:2:1:1:1:1 şəkildə parçalanma baş vermişdir.
Polihibrid çarpazlaşma. Mendel üç cüt allellə fərqlənən noxud sortlarını da çarpazlaşdırmışdır. İrsiyyət qanunauyğunluqları bu zaman ümumi olmuşdur. Üç əlamətə görə çarpazlaşma sxemi aşağıdakı kimidir:
İkinci nəsil F2-ni almaq üçün birinci nəsil hibridləri çarpazlaşır. Bu zaman hər bir fərd 8 cür qamet hazırlaya bilir. Alınan qametlər: ABC, ABc, AbC, Abc, aBC, aBc, abC, abc.
F► Pennet cədvəlini doldurun, trihibrid çarpazlaşma zamanı fenotiplərin, genotiplərin və kombinasiyaların sayını müəyyənləşdirin.
ABC | ABc | AbC | Abc | aBC | aBc | abC | abc | |
ABC | ||||||||
ABc | ||||||||
AbC | ||||||||
Abc | ||||||||
aBC | ||||||||
aBc | ||||||||
abC | ||||||||
abc |
Polihibrid çarpazlaşmanın nəticələrini araşdıraraq Mendel özünün üçüncü - “Əlamətlərin sərbəst paylanması” qanununu irəli sürdü. Bir əlamət digərindən asılı olmayaraq nəsildən nəslə ötürülür. Bu qanun müxtəlif əlamətləri idarə edən qeyri-allel genlər başqa-başqa homoloji xromosomlarda olduğu zaman doğru olur. Qanuna əsasən, dihibrid çarpazlaşmanın fenotipi (3:1)2, trihibriddə (3:1)3, ... polihibriddə (3:1)n, genotipdə isə (1:2:1)2, (1:2:1)3,... (1:2:1)n olur.
Mendelin III qanunu: çarpazlaşma zamanı hər cüt allel digər cütlərdən asılı olmayaraq nəsildən-nəslə sərbəst surətdə paylanır.