T
- Aşağıdakı nöqtələrin yerinə homoziqot və ya heteroziqot terminlərini
əlavə edin:
a) Resessiv əlamətli orqanizmin genotipi ........... .
b) Hibridlərin genotipi ........ , .......... .
c) Dominant əlamətli fərdlərin genotipi ...... , .......... ola bilər.
ç) Genotip AA ......... .
d) Genotip AaBbCc ....... .
- Qarpız meyvəsinin yaşıl rəngi irsən resessiv əlamət kimi ötürülür.
Homoziqot zolaqlı qarpızla yaşıl qarpızın çarpazlaşdırılması nəticəsində
hansı əlamətli nəsil alınacaq? (tam dominantlıq mövcuddur)
- Aşağıdakı sxemdə uşaqların qan qrupu verilmişdir. Sxemə əsasən ata və ananın qan qrupunu müəyyən edin.
- “Qurdun balası qurd olar, insan əlində böyüsə də”, “Ot kökü üstə bitər”, “Nə əkərsən, onu da biçərsən” və s. kimi atalar sözlərini əlamətlərin irsən keçməsi qanunauyğunluğuna istinad edərək əsaslandırın.
- Buynuzsuz (kərə) inəklə buynuzlu buğanın çarpazlaşmasından alınan buzovların hamısı buynuzsuzdur. Valideynlərin və F2 nəsil hibridlərinin genotip və fenotipləri necə olar?
Buynuzsuzluq (kərəlik) buynuzluluq üzərində dominantdır.