Analizedici çarpazlaşdırma. Çarpazlaşmadan göründüyü kimi, dominant fenotipli fərdlər həm homoziqot, həm də heteroziqot ola bilər. Belə hallarda bu fərdin genotipini dəqiq müəyyənləşdirmək üçün onu resessiv fenotipli fərdlə çarpazlaşdırırlar. Bu, analizedici çarpazlaşdırma adlanır. Burada əgər resessiv əlamət üzə çıxarsa, deməli dominant əlamətə malik valideyn heteroziqot imiş.