Sxem əsasında aşağıdakı sualları cavablandırın.
• Sarı və yaşıl toxumların çarpazlaşması zamanı alınan birinci nəsil hibridlərini öz aralarında çarpazlaşdırdıqda hansı formalar alınar?
• Alınan nəsildə sarı və yaşıl noxudların nisbəti necə olar?
Toxumları sayan Mendel onların II nəsildə 6022-nin sarı, 2001-nin isə yaşıl olduğunu müşahidə etmişdir. Deməli, II nəslin 3/4-ü sarı, 1/4-i isə yaşıl olmuşdur. Yəni nəsildə fenotipə görə dominantlarla resessivlərin nisbəti 3:1 olmuşdur.
Buna oxşar hadisələr başqa əlamətlər üzərində aparılan təcrübələr zamanı da müşahidə edilmişdir. Mendel müşahidə edir ki, birinci nəslin hibridlərindən alınan nəsillərdə parçalanma baş verir və gizli qalan əlamətlər üzə çıxır.
1/2 A |
1/2 a |
|
1/2 A |
1/4 AA |
1/4 Aa |
1/2 a |
1/4 Aa |
1/4 aa |
Bunun nəticəsində Mendel özünün ikinci - “Əlamətlərin parçalanması” qanununu irəli sürmüşdür.
Mendelin II qanunu (parçalanma): çarpazlaşma zamanı I nəsildə gizli qalan əlamət (ressesiv) II nəsildə 3:1 nisbətində üzə çıxır.