Dominant gen üstünlük təşkil edən əlaməti və onun həm homoziqot, həm də heteroziqot vəziyyətdə təzahürünü müəyyənləşdirir. Dominant gen latın əlifbasının böyük hərfi ilə işarə olunur.
Resessiv gen gizli əlaməti müəyyənləşdirir. Bu genlər homoziqot vəziyyətdə olduqda ressesiv əlamət müşahidə edilir. Resessiv gen latın əlifbasının kiçik hərfi ilə işarə olunur.
Yuxarıda qeyd olunanlardan başqa, genetikada digər terminlərdən və işarələrdən də istifadə olunur:
Lokus xromosomda genin yerləşdiyi sahədir.
Allel genlər homoloji xromosomlann eyni sahəsində (lokusunda) yerləşən genlərdir. Məsələn:
Heteroziqot oxşar genotipli fərdlə çarpazlaşma zamanı nəsildə parçalanma verən, müxtəlif tipli qametlər hazırlayan fərdlərdir (genotip - Aa).
Q. Mendel öz təcrübələrində san və yaşıl toxumlardan alınan bitkiləri çarpaz tozlandırmış və alınan toxumların hamısının sarı rəngdə olduğunu müşahidə etmişdir. Deməli, birinci nəsildə alınanlar eyni əlamətə malikdir. Bu təcrübədə sarı rəng dominant, yaşıl rəng isə ressesivdir.
Bundan sonra Mendel aldığı hibridlərdən öz-özünə tozlanma ilə nəsil əldə edərək hesablamalar aparır. Beləliklə, o, müəyyən əlamətlərə görə fərqlənən valideyn formaların çarpazlaşdırılması və bir sıra nəsillərdə bu əlamətlərin irsən ötürülməsinin hibridoloji metodunu genetika elminə gətirmişdir.