Təcrübələrin nəticələrini Münhen Universitetinin professoru Neqeliyə göndərən Mendel ondan müsbət cavab ala bilmir. Buna görə də alimin işləri 35 il gizli qalır. Yalnız 1900-cü ildə Mendel qanunları sanki yenidən kəşf olunur.
Qreqor Yohan Mendel çex bioloqu və botanikidir. O, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, “genetikanın atası” adlandırılmışdır.
Q.Y.Mendel ilk dəfə irsən keçmənin qanunauyğunluqlarını öyrənmişdir.
• Sizcə, Mendel noxud bitkisinin hansı xüsusiyyətlərinə görə təcrübələrini onun üzərində aparmışdır?
Mendelin kəşfinin uğurunu obyektin düzgün seçimi, məsələnin düzgün qoyulması, təcrübələrin sadədən mürəkkəbə doğru aparılması təmin etmişdir.
Noxud bitkisinin çarpazlaşdırılması əvvəl bir daha sonra isə iki və daha çox əlamət üzrə aparılmışdır.
Mendel genləri göstərmək üçün latın əlifbasının hərflərindən istifadəni təklif etmişdir.