Avropoid
Avropa, Cənubi Asiya və Şimali Afrika əhalisi bu irqə aiddir. Dəriləri açıq rəngli olduğundan, bunlara ağ irq də deyirlər. Onların nazik, dar burunları, düz, yumşaq saçları, ensiz üzləri olur. Şimalda yaşayanların dəriləri daha açıq rəngdədir.
Monqoloid
Amerikanın yerli əhalisi, Sibirdə yaşayanlar, Mərkəzi və Şərqi Asiya əhalisi bu irqə aiddir. Onların nümayəndələri sarı irq də adlandırılır. Üzləri iri və yastı, saçları düz və sərtdir. Gözlərinin ətrafları büküşlüdür.
Ekvatorial
Onların nümayəndələri iki şaxəyə - Afrika və Avstraliya şaxələrinə ayrılır. Bu irqə mənsub olanların dəriləri, gözləri qara, burunları isə yastı və enli olur. Saçları qara və qıvrımdır (avstraliyalılarda dalğalı).
İrqlərin bu cür qruplaşdırılması onların yaşadıqları mühitə uyğunlaşması hesab olunur. Məsələn, dar burun ora daxil olan havanı isidir, enli yastı burun isə onun qızmasına mane olur. Qıvrım saçlar başı günəşin zərərli şüalarının təsirindən qoruyur. Açıq rəngli dəri günəş şüalarını udur, qara dəri isə bədəni şüalaradan qoruyur. Bütün bu fərqlərə baxmayaraq, planetimizdəki bütün insanlar bir növə, yəni dərrakəli insan növünə aiddir.
İrqi ayrı-seçkiliyə yol verməyək!