Kromanyonlarda dini rüşeymlər daha da inkişaf etməyə başlamışdı. Onlar heyvanları əhliləşdirmiş, əkinçiliklə məşğul olmuşlar. Kromanyonlarda hannibalizm yox olmuşdur. Güman edilir ki, onlar özlərini ailəyə qurban vermiş, qadınların, uşaqların, qocaların, xəstələrin qayğısına qalmışlar. Kromanyonların təkamülündə sosial amillər daha üstün olmuşdur.
FAzərbaycanda kromanyonların yaşadığı məskənlərin olub-olmadığını araşdırın.
Planetimizdə yaşayan bütün insanlar “Dərrakəli insan” növünə (Homo sapiens) aiddir. İnsanlar yaşadıqları ərazilərə, mühitə uyğunlaşaraq irqlərə ayrılmışlar. Hazırda alimlər insanları 3 əsas irqə - avropoid, monqoloid və ekvatorial irqlərə ayırırlar. Ancaq bu irqlərin içərisində qarışıq, kiçik irqlərə də rast gəlinir.