Pitekantroplarla sinantropların oxşar və fərqli cəhətlərini qeyd edin.
Pitekantroplarda gicgah payının yaxşı inkişaf etməsi nəyi sübut edir?
Gözlərin yanlardan ön tərəfə çəkilməsi nəyə səbəb olmuşdur? Fikirlərinizi əsaslandırın və təqdim edin.
Sinantroplar süni od almağı bacarmırdılar. Sizcə, onlar odu haradan əldə edirdilər? Fikirlərinizi əsaslandırın.
Uyğunluğu müəyyən edin.
Homo cinsinə aid olanlar
Homo cinsinə aid olmayanlar
a) azıxantrop;
b) driopitek;
c) sinantrop;
d) Heydelberq adamı;
e) pitekantrop;
f) avstralopitek;
k) şimpanze.