• Bu meymunlardan quruluş etibarilə insana ən yaxın olanı hansıdır?
Meymunlardan insana ən yaxın olanını demək nisbətən çətindir. Lakin alimlər belə qənaətə gəlirlər ki, bu, şimpanze meymunudur. Ancaq bu meymunların heç biri insanın bilavasitə əcdadı sayılmır.
İnsanla insanabənzər meymunlar arasında mühüm fərqlər vardır. İnsan meymunlardan fərqli olaraq, kollektiv əmək fəaliyyətinə malikdir. İnsan mücərrəd təfəkkürə malik olub yeni əmək alətləri yaradır və onları tətbiq edir. İnsan təkamülünü təsnifat da əks etdirir.
Aləm | Heyvanlar |
tip | xordalılar |
sinif | məməlilər |
dəstə | primatlar |
fəsilə | insanlar |
cins | insan |
növ | dərrakəli insan |