Aromorfozlar nəticəsində populyasiyalarda doğum ölümə nisbətən çox baş verir. Bu, fərdlərin sayını artırır. Say artdıqca areal genişlənir, bu isə yeni populyasiyaların yaranmasına səbəb olur. Deməli, aromorfozlar bioloji tərəqqi ilə nəticələnir. Aromorfozlar nəticəsində tip, şöbə, sinif kimi iri taksonomik qruplar yaranır.
İdioadaptasiya. Bu prosesdə canlılar yaşadıqları mühit şəraitinə uyğunlaşmalar qazanırlar. Belə uyğunlaşmalar aramorfozlara nisbətən daha kiçik təkamül dəyişkənlikləridir. İdioadaptasiyalara misallar:
*Uçağanlar - bəzi bitkilərin meyvə və toxumlarının yayılmasını təmin edirlər.