Təkamülün istiqamətləri və yolları
MCanlıların tarixən inkişafı sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru getmişdir. Növlər yaşadıqları həyat şəraitinə uyğunlaşmış və buna görə də müəyyən uyğunlaşma xüsusiyyətləri qazanmışlar. Bu uyğunlaşmalar necə baş vermişdir?
Göstərilən canlıların yaşadıqları şəraitə uyğun olaraq qazandıqları xüsusiyyətləri müəyyənləşdirin. Səbəblərini araşdırın və təqdim edin.
Təbiətdə təkamülün necə getdiyini başa düşmək üçün canlıların tarixi inkişafının əsas istiqamətlərini və yollarını müəyyən etmək lazım idi. Alimlər bu sahədə müəyyən işlər görmüşlər. Aleksey Nikolayeviç Severtsov və İvan İvanoviç Şmalhauzen təkamülün iki istiqamətdə - bioloji tərəqqi (proqress) və bioloji tənəzzüllə (reqress) getdiyini müəyyənləşdirmişlər.