Şəkildəki canlıları tənəffüs prosesinin başvermə mexanizminə görə fərqləndirin. Bu prosesin
onlarda necə baş verdiyini araşdırıb təqdim edin.
Bu iki canlının tənəffüsündə nə kimi oxşar və fərqli cəhətlər var?
Balinaların suyun altında daha çox qalmalarının səbəbi nədir? Fikrinizi əsaslandırın və təqdim
edin.
Birhüceyrəli heyvanlar və ibtidai çoxhüceyrəlilərin əksəriyyətinin bir qisim hüceyrələri
xarici mühitlə bilavasitə qazlar mübadiləsi aparır. Belə canlılar bədən səthi ilə tənəffüs
edirlər.