Müasir sistematika və təkamül
MHazırda bitki və heyvanların müasir sistematik qrupları təkamülü əks etdirir. Yadınıza salın: bitkilər və heyvanlar aləmində hansı təsnifat vahidləri vardır?
2 qrupa bölünün:
I qrup - çay çınqıllıqotunun;
II qrup - boz dovşanın təsnifat sxemini qurun.
Sxemləri müqayisə edin və onlarda oxşar və fərqli cəhətləri müəyyənləşdirin.
Hazırda canlılar haqqında məlumatlar toplayıb onları sistemləşdirərkən qohumluq əlaqələrinin nəzərə alındığını bilirsiniz.
Əvvəllər canlıların müxtəlif təsnifat sistemləri yaradılmışdır.
Karl Linney ilk elmi təsnifat yaradıcılarından biri olsa da, onun təsnifatı süni idi. Çünki bu təsnifat yalnız zahiri əlamətlərə görə yaradılmışdı. Təsnifat vahidləri isə belə idi: növ, cins, dəstə, sinif.
K.Linney insanlarla insanabənzər meymunları bir dəstədə yerləşdirmişdi. Ancaq bu zaman onların qohumluq əlaqələrini yox, zahiri görünüşlərini nəzərə almışdı.
Jan Batist Lamark heyvanlar aləminin sistematikasını yaradaraq 14 sinfə ayırmışdır. Quruluşlarındakı mürəkkəbliyə görə siniflər 6 pilləyə bölünmüşdür. Lamark belə prinsipə qradasiya (pillə) adı vermişdir. Çarlz Darvin canlıları sistemləşdirərkən mənşə birliyini əsas götürmüş, taksonlar* arasında qohumluq əlaqələrinin olduğunu qeyd etmişdir.
Müasir sistematika müxtəlif taksonlar arasında olan qohumluq əlaqələrini çox düzgün əks etdirir. O, ümumi əcdada malik növlərin getdikcə ayrıldığını, ancaq qohumluq əlaqələrinin qaldığını aydın sübut edir. Cinsdən başlayaraq hər bir sistematik qrup özündən aşağıda duran qrupları birləşdirir. Sistematik qrupları ağaca bənzətmək olar. Ağacın uc budaqları növlər olarsa, onlar getdikcə birləşəcək və nəhayət, gövdəni (tipi, şöbə) əmələ gətirəcəkdir.
Bitkilər |
aləm, şöbə, sinif, sıra, fəsilə, |
cins, növ |
Heyvanlar |
aləm, tip, sinif, dəstə, fəsilə |
cins, növ |