Rudimentlər. Bəzi yaşlı heyvanlarda bir qisim orqanlar vardır ki, onlar öz funksiyalarını yerinə yetirmir, yəni qalıq halındadır. Belə orqanlara rudimentlər deyilir. Köstəbəyin və kor siçanın gözləri rudimentdir. Balinalarda və bəzi sürünənlərdə arxa ətrafların qurşaq sümükləri qalıq halında qalmış, yəni rudimentə çevrilmişdir. Məməlilərin üçüncü göz qapağı da rudimentdir.
Atavizmlər.Canlı orqanizmlərin inkişafı zamanı bəzən rudiment orqanlar inkişaf edir və əcdadlarının əlamətlərini xatırladır. Buna atavizm deyilir. Məsələn, bəzən quyruqlu, bəzən çoxtüklü insanların doğulması buna misal ola bilər.