- Qurbağa sürfəsinin (çömçəquy- ruğun) balığa oxşar əlamətləri:
- quyruq;
- üzgəclər;
- qəlsəmələr;
- ikikameralı ürək;
- bir qan dövranı;
- yan xətt orqanı;
- ürək boşluğunda yalnız venoz qanın
olması.
- Milçək sürfəsi:
- qurda bənzəyir;
- ətrafları yoxdur;
- qanadları yoxdur;
- baş hissəsi inkişaf etməyib.
Biogenetik qanunu sonralar Aleksey Nikolayeviç Severtsov və İvan İvanoviç
Şmalhauzen inkişaf etdirərək göstərmişlər ki, canlılar ontogenezlərində
əcdadın yetkin fərdinin yox, embrional mərhələlərinin əlamətlərini təkrar
edir. Beləliklə, biogenetik qanun ontogenezlə filogenez arasında olan əlaqələrə
əsaslanaraq təkamülü isbat etmək üçün mühüm dəlillər verir.
T
- Neştərçənin inkişafını nəzərdən keçirin və rüşeymində hansı əlamətlərin onurğalılara aid olduğunu müəyyənləşdirin.
- Qıjının protalında əcdadına oxşarlıqları
müəyyənləşdirin.
- Həşəratlarda ontogenezlərin müxtəlifliyi haqqında məlumat toplayın və təqdim edin.