Onurğalı heyvanların inkişafı zamanı onlarda əvvəl xorda və udlaqda qəlsəmə qövsləri əmələ gəlir. Ətrafları isə olmur. Udlaq qövslərinin olması, ətrafların olmaması, hamısında bir qan dövranının, kloakanın varlığı, böyrəklərin quruluşu və s. onların eyni mənşəyə malik olduğunu göstərir. Sistematik kateqoriyalarda yuxarıdan aşağıya doğru getdikcə rüşeymlərin oxşarlığı azalır. Növün fərdləri bir-birinə daha çox, eyni tipə daxil olan fərdlər isə daha az oxşar əlamətlərə malik olurlar.
F