Onurğalı heyvanların inkişafı birhüceyrəli ziqotdan başlayır. Sonra hüceyrə bölünərək çoxhüceyrəli birqatlı rüşeymə (blastula) çevrilir.
Rüşeymin sonrakı inkişafı zamanı bağırsaqboşluqlulardakı kimi ilk bağırsaq boşluğu yaranır və divarı iki qatdan ibarət qastrulaya çevrilir. Sonralar onlarda qurdlarda olan rüşeym vərəqləri, buğumayaqlıların ürəyinə oxşar döyünən damarlar və s. əmələ gəlir. Doğulmağa və yumurtadan çıxmağa az qalmış isə növün əlamətləri üzə çıxır.
Biogenetik qanun.
XIX əsrin ikinci yarısında alman alimləri Frist Müller və Ernst Hekkel ontogenezin nisbəti qanununu -
biogenetik qanunu kəşf etdilər. Bu qanuna görə, hər bir fərd öz inkişafında daxil olduğu növün
tarixini
qısa şəkildə təkrar edir. Yəni ontogenez* filogenezin** qısa təkrarıdır.
Alman alimi və filosofu, ekologiya termininin müəllifi Emst Hekkel “Təbii yaradılış tarixi” (1868) kitabında insan, meymun və it rüşeymlərindən istifadə etməklə apardığı bəzi müqayisələr əsasında öz mülahizələrini irəli sürmüşdü. Çəkdiyi rəsmlər, demək olar ki, hamısı eyni idi. O, bu rəsmlər əsasında sözügedən canlıların eyni mənşədən yaranması fikrini müdafiə etmişdir.
Frits Müller alman naturalistidir. Onun araşdırmaları, əsasən, darvinizmə, biologiyaya, bitki və heyvan filogenezinə aiddir. Müllerin digər işləri ibtidai dəniz heyvanlarının anatomiya və embriologiyasına, həşərat və çiçəklərin qarşılıqlı əlaqələrinə aiddir.
* Ontogenez -
orqanizmlərin mayalanma anından (yəni ziqotdan başlayaraq) bioloji ölümünə qədər olan həyatıdır.
** Filogenez - orqanizmlərin tarixi inkişafıdır.