Bitlər
səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq törədicilərinin keçiriciləridir. Qayıdan səpgili yatalaq xəstələrdən sağlam insana yalnız bitlər vasitəsilə keçir. Bu zaman bitin bədənində olan parazitlər dərinin tamlığı pozulduğu yerdən insanın bədəninə daxil olur. Bitlərin baş biti, paltar biti və s. kimi növlərinin hamısı ektoparazitlərdir.
Bitlər insandan insana bilavasitə təmasda olduqda və ya məişət əşyaları, geyim, yataq dəsti vasitəsilə ötürülür. Dəri qaşınmaları, saçlara yapışmış sarımtıl-ağ sirkələr (bitlərin yumurtaları) bitlənmənin əsas simptomlarıdır. Yoluxmaların sayının artması müharibələr, fəlakətlər, insanların sıx antisanitariya şəraitində yaşadığı zaman baş verir.
Milçəklər
70 növə qədər mikroorqanizm daşıyıb müxtəlif xəstəliklərə səbəb ola bilir. Dizenteriya, qarın yatalağı, vəba, polimielit, difteriya, vərəm, qarayara, taun və s. kimi xəstəliklər buna misal ola bilər.
Eramızdan təxminən 500 il əvvəl Herodot yazırdı ki, Misir kahinlərinin və mirzələrinin başını həmişə təmiz qırxırdılar ki, onlar “... tanrılara xidmət etdikdə heç bir bit və ya digər murdar məxluq onlara yapışmasın”.