Birələr
müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar və digər heyvanların üzərində və yuvalarında yaşayır, qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir.
Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, və s. xəstəliklərin törədicilərini də gəzdirir.
Ağcaqanadlar
tundradan tutmuş səhralara qədər yayılmışdır. Malyariya parazitinin yoluxmasında ağcaqanadların əsas rol oynayır. Ağcaqanadlar həm də tulyaremiyanın, müxtəlif növ ensefalitlərin və s. daşıyıcısıdır.
Hünülər (mığmığalar)
ağcaqanadlar kimi hünülərin dişiləri də qan sorduqları üçün təhlükəlidir. Bunlar dəri və daxili üzvlərin (visserial) leyşmaniozu kimi xəstəlikləri yayır və epidemiyalara səbəb ola bilir.