Qoturluq gənəsi
toxumalara daxil olaraq insanda qoturluq xəstəliyi yaradır.
Qoturluq axşam və gecə saatlarında güclənən qaşınma ilə özünü göstərir. Qaşınma gənələrin mexaniki təsirindən deyil, bu parazitlərin ifraz etdiyi maddələrə qarşı allergiya zamanı əmələ gəlir.
Yoluxma məişət əşyaları ilə, təmas vasitəsilə, geyim, yataq dəsti və s. ilə baş verir. Dəriyə sürtülən kükürd mazı və benzilbenzoat xəstəliyin müalicəsi üçün əsas preparatlardandır.
* Dermatit - kimyəvi, fiziki və bioloji təsirlərdən dəridə baş verən iltihabi proses