Bir çox parazit qurdlar parazitizmlə əlaqədar olaraq sərbəst hərəkət qabiliyyətini itirmiş, onların sinir sistemi xeyli sadələşmişdir. Daxili orqanlara yapışmaq üçün çoxunun sorucu orqanları və qarmaqları vardır. Lentşəkilli qurdlar bədənlərinin bütün səthi boyu qidalı maddələri udmağa qadirdirlər.
Çox nadir hallarda xəstə adam ətrafdakılar üçün bilavasitə təhlükə törədir, lakin yenə də helmintlərin xarici mühitə yayılma mənbəyi olaraq qalır.
Helminitlər insan orqanizmində uzunmüddətli yaşama qabiliyyəti qazanıb. Bəzi fərdləri 25 ilədək yaşayır və nəhəng ölçüyə çata bilir. Helmintozların profilaktikası üçün, ilk növbədə, şəxsi gigiyenaya, həmçinin qidalanma gigiyenasına riayət etmək lazımdır.
Helmintozların müalicəsi parazitlərin aşkar edilməsi üçün aparılan dəqiq analizlərdən sonra həkimin təyin etdiyi bir və ya bir neçə qurd əleyhinə dərman preparatlarının istifadəsi ilə aparılır.
1) Oynaqlarda ağrılar...
2) Öd və bağırsaq yollarının tutulması... 3) Bağırsaqlarda iltihab... 4) Tezləşmiş nəcis ifrazı... |
a) köpmə
b) ishal c) qurdların miqrasiyası d) qəbizlik |