Birhüceyrəlilər: | |||
Müxtəlif toxumalarda və qanda parazitlik edənlər | Bağırsaqda parazitlik edənlər | Ağız boşluğunda parazitlik edənlər | Sidik-cinsiyyət orqanlarında parazitlik edənlər |
İnkişaf dövrü və yayılma yollarından asılı olaraq helmintlər 3 qrupa bölünür:
1. Əlaqə (təmas) helmintləri. İnsan üçün bilavasitə yoluxucu olan yetişmiş və ya yetişməkdə olan yumurtaların ayrılması bu helmintlər üçün səciyyəvidir. İnsan məişət əşyaları və ya çirkli əllər vasitəsilə yoluxa bilər. Enterobioz xəstəliyinin törədicisi - bizquyruq bu qrupa aiddir.
2. Geohelmintlər. Aralıq sahibi olmadan, birbaşa inkişaf dövrü ilə səciyyələnir. Bu qrup parazitlər yetişməmiş yumurtalar qoyur ki, bunlar da inkişafının müəyyən mərhələsini torpaqda keçirməlidir. İnvazion (yoluxucu) mərhələyə çatan parazitlər müxtəlif yollarla insan orqanizminə daxil olur. Askarid bu qrupa aiddir.
3. Biohelmintlər. Sahiblərini dəyişməklə daha mürəkkəb inkişaf mərhələsi keçir. İnkişafın müəyyən mərhələsində insan üçün yoluxucu ola bilər. İnsanda teniarinxoz xəstəliyinin törədicisi - öküz soliteri bu qrupa aiddir.
Nəzərə almaq lazımdır ki, xəstəliyin ağırlıq dərəcəsi orqanizmə düşən parazitlərin sayından və insanın fərdi həssaslığından asılıdır.
Helmintlər praktiki olaraq insanın bütün orqanlarında yaşaya bilər. Bir çox hallarda helmintlər müəyyən orqana daxil olmaq üçün qan damarları vasitəsilə və ya bilavasitə toxumalardan keçərək digər orqanlara miqrasiya edə bilir.