Tripanosom, leyşmaniya və lyambliyalar qamçılılar sinfinə aiddir. Tripanosomun keçiriciləri se-se milçəkləridir. Xəstəlik Afrikanın tropik zonalannda geniş yayılmışdır. Bu parazit qan vasitəsilə insanın baş beyin və onurğa beyninə daxil olaraq yuxu xəstəliyini yaradır.
Bu isə güclü baş ağrıları, qızdırma, hərəkət pozuntularına gətirib çıxarır. Bəzən ölümlə də nəticələnə bilir.
Lyamblioza daha çox uşaqlar yoluxurlar. Hərəkətli lyambliya 4 cüt qamçı və sorucu diskə malikdir ki, bunun vasitəsilə nazik bağırsağın selikli qişasına yapışır. Onlar həzm yolu ilə orqanizmə daxil olur. Nazik bağırsaq, qara ciyər və öd kisəsində parazitlik edir. Lyambliyalar nazik bağırsaqdan yoğun bağırsağa keçən hərəkətliliyini itirərək sistaya çevrilir və nəcislə xaric olunur.
Toksoplazma koksidlər sinfinə aiddir. Toksoplazmanın əsas sahibi pişikkimilər fasiləsinin nümayəndələri, aralıq sahibi isə digər istiqanlı heyvanlar, həmçinin insan da ola bilər. Toksoplazmoz xəstəliyi, adətən, insanlarda yüngül keçir. Lakin hamilə qadınlar, habelə immuniteti aşağı olanlar üçün bu xəstəliyin ağır nəticələri ola bilər.