Dırnaq göbələyi Adamların çox olduğu idman zalından, hovuzdan, başqalarının tərliklərindən istifadə zamanı keçə bilər. Ona görə də şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır. Lakin göbələklərlə əlaqə heç də həmişə göbələk infeksiyasına gətirib çıxarmır. Göbələk infeksiyasının inkişafı üçün müəyyən şərait lazımdır. Hava buraxmayan dar ayaqqabı, rütubət, zədələnmiş dırnaq və ya dırnaq yastığı buna şərait yarada bilər.
Dəmrov. Dəri həddən artıq quruyur. Dəri səthində qırmızı qabarmış ləkələr əmələ gəlir. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır.
Göbələk xəstəliklərinin artması ətraf mühitin çirklənməsi, xüsusən radiasiyanın artması və orqanizmin müdafiə qüvvəsini zəiflədən digər amillərlə bağlıdır.
T