Çoxhüceyrəli heyvanların təkamülündə qidalanma və həzm üçün olduqca böyük əhəmiyyət kəsb edən uyğunlaşma - bağırsaq boşluğun olmasıdır. Bunun nəticəsində qida maddələri daha əlverişli surətdə həzm olunub istifadə edilir.
Qida tipindən asılı olaraq, heyvanların bəzi orqanlarında bir sıra uyğunlaşmalara rast gəlinir.
Heyvanlarda qidalanma üçün yaranan uyğunlaşmalar çoxdur. Cücülərdə ağız aparatının müxtəlif formaları, qaba yemlə qidalanan əksər məməli heyvanlarda azı dişlərin səthinin qırışlı, bağırsağın uzun, mədənin bir neçə şöbədən ibarət olması buna misal ola bilər. Gövşəyən cütdırnaqlı heyvanlarda mədə 4 kameradan: işgənbə, tor, qat-qat və qursaqdan ibarətdir. Bu heyvanlar qidanı iki dəfə çeynəyir. Qəbul olunmuş qida əvvəlcə işgənbə və tora toplanır. Heyvan dincələrkən qida oradan hissə-hissə ağıza qayıdır. Yenidən çeynənilib udulan qida mədənin qat-qat və qursaq hissələrində təkrar həzmə uğrayıb bağırsağa ötürülür. Bağırsaqlarda həzm prosesi davam edir və sorulma baş verir. Qida qalıqları anusdan xaricə atılır.
İnsanın həzm sisteminin quruluşu əksər onurğalı heyvanlarda olduğu kimidir.
FCanlıların həyatında mühüm rol oynayan qidalanma onların yaşaması üçün əsas şərtlərdən biridir.