Hesab edin ki, jurnalistsiniz.
Sizə 20 Yanvar hadisələri ilə bağlı material hazırlamaq tapşırılıb.
- Tapşırılan yazının oxunaqlı və düşündürücü olması üçün nə edərdiniz?
- Həmin tarixi faciəni necə təqdim edərdiniz?
- 20 Yanvar hadisələrini dünya tarixində baş vermiş hansı faciələrlə müqayisə edərdiniz?
- Problemə hansı rakursdan yanaşardınız - qırılan fərdi talelər, yoxsa millətin taleyi? Sizin
məqalənizdə bunlardan hansı öndə olar?
- Sizcə, məhz bu mövzuda yazılan məqalənin planı necə qurulmalıdır? Planı qurun.
- Müəyyən edin: hazırladığınız məqalə informasiya verməyə, yoxsa ideoloji təsirə xidmət edəcək?