Bədii üslub | Elmi üslub | |
Fərqli cəhətləri | ||
Oxşar cəhətləri |
Vətən torpaq, Vətən eldir, Vətən sən!!!
(ixtisarla)
Görəsən, haradan başlanır Vətən?! Yaşadığımız evdənmi, məhəllədənmi, şəhərdənmi?! Yoxsa ilk dəfə ayaq açıb qədəm qoyduğumuz torpaqdanmı?! Bəlkə də, elə əcdadlarımızın uyuduğu torpaqdan başlanır Vətən. Bəlkə, ona görə bu qədər əzizdir torpaq?!
Vətəni, torpağı sevərək qorumaq hər birimizin müqəddəs borcudur. Bu sevgi atanın sümüyündən, ananın südündən süzülüb övladın canına hopur. Vətənin dar günündə, çətin məqamında hamını bir amal birləşdirir: Torpağı, Vətəni yadlardan qorumaq!
Yaxşı ki, illər, qərinələr, əsrlər keçsə də, bu amal, bu məram dəyişmədi. Torpaq uğ- runda, elin namusu yolunda Azərbaycanın mərd oğulları bir oldu, ayağa qalxdı, ölümün gözünə dik baxdı. Şəhid olan Vətən övladlarının son kəlməsi isə bu oldu: “Təki Vətən yaşasın!”
Əgər bu gün Azərbaycanın yüzlərcə qəhrəman, igid oğlu varsa, demək, bu Vətən basılmaz qaladır!
Bu Qalanın şərəfini qorumaq mənim, sənin, hər birimizin borcudur!