2. Xəritə ilə bağlı aşağıdakı tapşırıqları qrup şəklində icra edin.
MEŞƏLƏRİN EKOLOJİ VƏZİYYƏTİ
- Adına əsasən xəritədə nədən danışılacağı barədə fikir yürüdün.
- Səh. 83-də verilmiş şərti işarələrdən istifadə edərək meşələrin ekoloji vəziyyəti barədə
müzakirə təşkil edin.
- Sizcə, meşəsiz ərazilərdə ağac əkmək olarmı? Əgər “Meşəsiz ərazilərdə meşəsalma” aksiyası
keçirsə idiniz, hansı ağacların əkilməsinə daha çox üstünlük verərdiniz? Nə üçün?
- Necə düşünürsünüz, meşələrin qırılmasının qarşısını necə almaq olar? Bu problemin həlli
üçün hansı təklifləri verərdiniz?
- S.Vurğunun “Muğan” poemasında lirik qəhrəmanın susuz yerlərlə bağlı arzularını xatırlayın.
Həmin arzular Çinarın arzuları, istəkləri ilə üst-üstə düşürmü?
- Şərq çinarı haqqında məlumat toplayın. 84-cü səhifədəki materiallan oxuyun, fikirlərinizi ümumiləşdirin.