Maddə 3. Ətraf mühitin mühafizəsinin əsas prinsipləri
Ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır:
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 8 iyun 1999-cu il
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə
Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının
QANUNU
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Xəzəryanı dövlətlər:
Azərbaycan Respublikası Qazaxıstan Respublikası Türkmənistan |
İran İslam Respublikası Rusiya Federasiyası |
Xəzər dənizinin dəniz ətraf mühitinin vəziyyətinin insan fəaliyyəti nəticəsində həm dənizdə, həm də quruda yerləşən mənbələrdən zərərli, təhlükəli maddələrin, tullantıların və digər çirkləndiricilərin axıdılması, atılması və yerləşdirilməsi nəticəsində pisləşməsini qeyd edərək;
Xəzər dənizinin bioloji ehtiyatlarını indiki və gələcək nəsillər üçün qorumaqda qətiyyətli olduqlarını göstərərək;
quruda həyata keçirilən fəaliyyətin Xəzər dənizinin dəniz ətraf mühitinə ziyan vurmamasının təmin edilməsi zərurətini etiraf edərək;
Xəzər dənizinin səviyyəsinin dəyişməsi probleminin dəniz ətraf mühiti və onun səciyyəvi hidroqrafik və ekoloji xüsusiyyətləri üçün təhlükə törətdiyini dərk edərək;
Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsinin əhəmiyyətini bir daha təsdiq edərək; Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması və mühafizəsi məqsədilə Razılığa gələn Tərəflərin öz aralarında və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini etiraf edərək;
aşağıdakılar barədə razılığa gəldilər:
I. Ümumi müddəalar
Maddə 1. Terminlərdən istifadə
Bu Konvensiyanın məqsədləri üçün aşağıdakı terminlərdən istifadə ediləcəkdir: