Xəzər dənizinin şelf zonası və dibi neft və qaz yataqları ilə zəngindir. Xəzər dənizinin sularında, xüsusən ona tökülən çayların mənsəbində çoxlu qiymətli balıq növləri var. Su-gəmi nəqliyyatı dənizin sahillərindəki müxtəlif liman şəhərlərini birləşdirir. Xəzər dənizi yükdaşıma dövriyyəsinə görə dünya dövlətləri arasında lider yerlərdən birini tutur.
• Mətndə konkret ........................ var. | • ......................... çox istifadə olunmuşdur. |
Elmi üslub da aparıcı üslublardan biridir. Bu üslub üçün şərh etmək, izah etmək, müəyyən bir məsələ haqqında fikir söyləmək, nəticə çıxarmaq xarakterikdir.
Elmi üslubun əsas göstəricisi terminlərdir. Hər elm sahəsinin özünəməxsus terminləri vardır.
Elmi əsərlərin mətninin ancaq terminlərdən ibarət olduğunu söyləmək doğru olmaz. Terminləri yan-yana düzmək mətnin elmiliyini göstərmir. Elmi mətni yazmaq üçün dilin qrammatik quruluşunu bilmək, terminləri digər sözlərlə düzgün əlaqələndirmək, ədəbi dilin normalarına uyğun cümlələr formalaşdırmaq lazımdır. Məsələn:
Söz birləşməsi iki və daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir.