Bu gözəlliyi tərənnüm edən elə cümlələr yazın ki, Xəzər dənizi haqqında yazacağınız hər hansı bir məqaləyə (inşaya, esseyə, hekayəyə) epiqraf, keçirəcəyiniz konfransa şüar ola bilsin.
Yazılı qaynaqlarda Xəzər dənizinin adı ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə məşhur coğrafiyaşünas Milletli Hekateyn tərəfindən Hirkan (indiki Gürkan) adı ilə verilmişdir. Bundan sonra tarixi qaynaqlarda Xəzərin yüzə qədər adına rast gəlmək mümkündür. Bu adların yaranması müəyyən tarixi şəraitlə bağlıdır. Dəniz əksər hallarda onun sahillərində yaşayan xalqların - Kaspi, Xəzər, Alban, Quz (oğuz), Türkmən və habelə qonşuluqdakı ölkə, vilayət və başqa yaşayış məntəqələrinin adları ilə - Şirvan, Dərbənd, Təbəristan, Bakı və başqa adlarla adlandırılmışdır. Lakin bu adlardan daha çox Kaspi və Xəzər adları işlədilirdi. Kaspi taponimi özündə Qafqaz Albaniyasında yaşamış Kaspi tayfasının adını əks etdirirdi. Xəzər sözü isə orta əsirlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axırında yaşamış qüdrətli Xəzər xaqanlığı yaratmış Xəzər tayfasının adından alınmışdı. Xəzərlər 9 başqa türkdilli tayfalarnan birlikdə Azərbaycan xalqının etnagenezində mühüm rol oynamışdır. Xəzərin bir adı da Quzğundur. Qılman İlkin, “Köhnə Bakını tanryırsanmı” kitabından