- Şairin arzulan nə ilə bağlıdır?
- Nə üçün şair yamacların sonsuz, kəndlərin seyrək, səhraların lal olduğuna işarə edir?
- Suyun qızıl qana bənzədilməsinin səbəbi nədir?
- Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Şairin bu vasitələrə müraciət
etməkdə məqsədi nədir? Hansı bənddə fikrin məcazi şəkildə verilmişdir?
- Şəkillə şeirin məzmunu arasındakı bağlılığı müəyyənləşdirin. Sxemi tamamlayın və şərh
edin.
- Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da misralarının məzmununu izah edin. Nə üçün N.Gəncəvi dəyərli sözü məhz su ilə müqayisə edir?
- Siz yazıçı olsa idiniz, hansı obrazı qəhrəman seçib hekayə yazardınız? Həmin hekayəni yazmağa çalışın. Hekayəni hazırladığınız qəzet maketinin müvafiq bölməsində yerləşdirib oxucuların müzakirəsinə təqdim edin.