Balaca körpələr beşikdə yanaşı uzanıb səs-səsə verərək qığıldayır, sanki mahnı
oxuyurdular.
Kiçik dalğalar sahilə çırpılır, yenidən geri qayıdıb ağ bəyaz köpük yaradırdı.
“Xəzər gəncləri” qəzetində Paşa müəllimin məktubu dərc olunandan təxminən iki həftə sonra
günortaçağı gündüz redaksiyanın qarşısında bir maşın durdu.
Çənəsi də yarıya qədər torpağın qumuna bulaşmışdı.
Qrammatik normanın pozulduğu halları müəyyənləşdirin, onlan aşağıdakı cədvələ uyğun qruplaşdırın.
Kim ki insanı sevər, aşiqi-hürriyyət olur
Bəli, hürriyyət olan yerdə də insanlıq olur. (M.Ə.Sabir)
Bilik öyrənməyi ar bilən hər kəs Dünyada mərifət qazana bilməz. (N. Gəncəvi)
Keçmişdir onlara qəzəbin niyə?
Düşmüşlərdir səndən aralı, Göygöl! (
Ə.Cavad)
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, beşmərtəbəli evdə
iki qardaş, bir bacı yaşayırdılar. (C.Cabbarlı)
Söz sırası pozulanlar
Mübtəda ilə xəbər arasında uzlaşması pozulanlar
Şəkilçilərin ardıcıllığı pozulanlar
✓ Özünüz də bədii ədəbiyyatdan belə nümunələr seçin.
İstədiyiniz bir verilişin rejissoruna və ya aparıcısına onun danışıq tərzi, verilişi idarəetmə səviyyəsi, dili, verilişin gedişi haqqmda məktub hazırlayın.
Məktub yazmaq üçün:
Məktubu nə üçün yazacağınızı düşünün;
Hansı məsələlər sizi maraqlandırır;
Verilişin müsbət, mənfi cəhətləri;
Aparıcının danışıq tərzi, tələffüzü, müsahibinə verdiyi sualların səviyyəsi, geyim tərzi,
çəkiliş məkanının tərtibatı, müzakirə ediləcək mövzuya uyğunluğu;