-
Hansı cümlələrdə fonetik norma pozulmuşdur? Onları orfoqrafik və orfoepik normaların pozulması hallarına görə qruplaşdırın.
- Ağıllı o adamdır ki, başqasınm müdrüklüyündən və təcrübəsindən öyrənir. (F.Manuil)
- Ağıl [köhnəlməyən] [geyimdi], [biliх́] [tükənmiyən] [mədən]. (Qırğız atalar sözü)
- Təhsil beyini inkişaf etdirməkdir, hafizəni doldurmaq yox. (C.Rumi)
- Bir elimi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən. (N. Gəncəvi)
-
General Əliağa Şıxlinski hərbiçi olmaqla yanaşı, bədiyi yaradıcılığla da məşqul olmuşdur. (Ş.Nəzirli)
-
Bu elin adı nədi?
Dosdu nə, yadı nədi?
Qürbət eldə bilmədim
Ağzımın dadı nədi?
- Son nümunəyə əsasən, “orfoqrafik norma pozulsa da, orfoepik normanın tələbləri gözlənilmişdir” fikrini söyləmək olarmı? Şeirin janrını müəyyənləşdirib sözlərin tələffüz formasında verilməsinin səbəbini müəyyən edin.
-
Hansı sözlərdə vurğu düzgün qoyulmamışdır?
- Kişi bir sənəti bilər хális
Çoxuna meyil edən qalar náqis. (S.Ə.Şirvani)
- insanı şöhrətləndirən əməyidì́r. (Azərbaycan atalar sözü)
- Böyük sevinci yalnı́z zəhmətĺə qazanmaq olar. (İ.Höte)
- Sevinmək báşqa, xoşbəxt olmaq başqádır. (E.Senankur)
- Səbrini basa bilməyə́ndən müdrik olmáz. (Yapon atalar sözü)
- İşləsə́n, xəzinəyə sahib olarsan, tənbəllik etsən, əlindəki xəzinəni də itirə bilərsən.
(Hind atalar sözü)
-
Durğu işarələri səhvlərini düzəldin.
- Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır. (L.Şefer)
- Nə qədər, yaşayırsan öyrən, gözləmə ki qocalıq sənə kamal gətirəcək. (Solon)
- Sən özün torpağa əyilməsən, o, sənə əyilməz. (Başqırd atalar sözü)
- Biliksiz bir şəxs döyüş təbilinə bənzər səsi çox içi boşdur. (S. Şirazi)
- Firudin bəy Azərbaycan şöbəsinə məxsus olan bütün əmlakı - mebel, kitabxana və başqa tədris
ləvazimatını vaqona doldurtdurub öz xərci ilə Ağdama aparırdı. (
Ş.Nəzirli)
- Təcrübə tələbkar müəllim kimidir, əvvəlcə sınağa çəkir sonra öyrətməyə başlayır. (U.
Verner)
-
Hansı cümlələrdə leksik norma pozulub?
- İnişil anam xəstə yatanda o uşağın atası bizə dəyməyə gəlmişdi. (Anar)
- Valideynləri ev-eşiklərini zəhmli, tünd-mixəyi rəngli mebellərlə doldurmuş, bufetin üstünə
mürəbbəqabıları, ağır güldanlar yığılmışdı. (Anar)
- Paltarlar səliqə ilə şkafdakı rəflərə düzülmüşdü. (Anar)