- N.Cəfərov, F.Xalıqov və İ.Məmmədlinin dedikləri müsahibə, yoxsa şərh hesab edilməlidir?
Fikrinizi əsaslandırın.
- Əgər siz gələcəkdə jurnalist, hər hansı bir proqramın aparıcısı, diktor olmaq istəsəniz,
nitqinizi səlis və düzgün qurmaq üçün nədən başlayardınız?
- Sizcə, dili mükəmməl bilmək və onun qrammatik quruluşuna düzgün riayət etmək üçün ancaq
jurnalist və filoloq olmaq lazımdır? Dilin təmizliyini qorumaq üçün hansı təklifləri
verərdiniz?
- “Dilin qorunmasında məktəbin, xüsusən də dil-ədəbiyyat müəllimlərinin rolu” mövzusunda
diskussiya aparın.
- Apardığınız müşahidələr əsasmda KİV-də orfoqrafik, yoxsa orfoepik normanın daha çox
pozulduğunu müəyyənləşdirin. Səbəbini izah edin.
- KİV-in bugünkü dili sizi qane edirmi? Mediada dilin hansı qanunlarının pozulmasını müşahidə
edirsiniz? Fikrinizi faktlarla əsaslandırın.
- Prezident İlham Əliyevin nitqində və professorların yazılarında qaldırılan problemlər hər
birimizi eyni dərəcədə narahat etməlidir. Həmin nitqlərdə daha çox nəzərə çarpan məsələləri
6-7 cümlə ilə ifadə edin.
- Nitq dedikdə nə başa düşürsünüz? Nitqin dil ilə bağlılığını necə izah edərsiniz?
- İstənilən qəzet və ya jurnaldan ixtiyari bir mətn seçin. Mətnin dili üzərində iş aparın.
Bunun üçün aşağıdakı ardıcıllığa riayət edin:
- Mətnin yazı formasını (bədii, elmi və s.) müəyyənləşdirin.
- Mətndə orfoqrafik səhvləri müəyyənləşdirin.
- Mətndə durğu işarələri və sözün sətirdən sətrə keçirilmə səhvlərini
(əgər varsa)
müəyyənləşdirin.
- Cümlələrdə təkrar işlənən söz və ifadələri (əgər varsa) seçin.
- Yerində düzgün işlədilməyən söz və ifadələri daha düzgün olanlarla əvəz edin.
- Mətnin oxunaqlılığına ağırlıq gətirən söz və ifadələri seçib uyğun bildiyiniz
sözlərlə əvəz edin.
- Mübtəda ilə xəbərin uzlaşmasına, söz sırasına, sözlərin düzgün əlaqələnməsinə diqqət
yetirin.