5
|
ARZUM JURNALİST OLMAQ İDİ... (ixtisarla) |
|
[falk'lorşünas] [.........................] [.........................] [.........................] |
|
magistıratura töhvə muxbir |
Sizdən “Naşir” jurnalı üçün müsahibə götürmək istəyirəm, - dedim. Peşəsindən irəli gələn operativliklə: “Bu gün gələ bilərsiz”, - deyə cavab verdi. Gənc yaşlarında uğura imza atması, böyük bir holdinqə rəhbərlik etməsi və Vüsalə Mahirqızı ilə söhbətimi təqdim edirəm...
- Folklorşünas, filoloq Vüsalə Mahirqızını jurnalistikaya gətirən təsadüf oldu, yoxsa zərurət?
- Müsahibələrimdə də bildirmişəm ki, orta məktəbi bitirəndə arzum jurnalist olmaq idi. Lakin anamın “yalnız yaxşı filoloq yaxşı jurnalist ola bilər” məsləhətinə əsasən ixtisas seçimi zamanı filologiyanı qeyd etdim. Düşünürdüm ki, mən universiteti bitirib müəllim kimi deyil, jurnalist olaraq fəaliyyət göstərəcəyəm. Filologiya mənim həmişə sevdiyim sahə olub. Magistraturanı/magistıratura- nı bitirdikdən sonra jurnalist kimi o qədər qaynar və enerjili mühitdə fəaliyyət göstərdim ki, elmlə məşğul olmağa, elmi təhsilimi davam etdirməyə vaxtım olmadı. Lakin bir gün bu mühitdən qopsam, dönəcəyim yer filologiya, dil-ədəbiyyat olacaq. Jurnalistika ilə məşğul olsam da, ixtisasımla bağlı bütün yenilikləri izləyirəm.
- Ədəbiyyatçı olmağınız, sizcə, jurnalistikaya töhfə/töhvə verdimi?
- Əlbəttə. Rəhbərlik etdiyim on bir yaşlı APA holdinqə indiyədək çox təbriklər gəlib. Lakin APA-nın bir yaşını qeyd edəndə Sabir Rüstəmxanlının söylədiyi fikir mənə verilən ən böyük qiymətdir. O dedi ki, APA Azərbaycan xəbər agentlikləri sisteminə normal cümlə quruluşunda xəbər yazmaq mədəniyyəti gətirdi. Bu mənim üçün böyük qiymət, fəxr ediləsi təbrik oldu. Bu qiymətli fikrin məhz mənim filologiyanı bitirməyim, dilçi olmağımla çox ciddi əlaqəsi var. Qeyd edim ki, onlayn mediada operativlik xatirinə xəbər zamanı dilin üslubunu qorumaq bir qədər çətin olur. Bu səbəbdən dilin üslub qaydaları ciddi şəkildə pozulur. Bizdə bəzən bir xəbər mətninin başlığının hazırlanması 15 dəqiqə vaxtımızı alsa da, sonucda mütləq düzgün, ədəbi dilin normalarına riayət etməklə səlis cümlələr üzərində qurulmuş mətn təqdim etməyə çalışırıq. Hətta cümlə quruluşu ilə bağlı elə olur ki, müəllimlərimə telefonla zəng edir, məsləhət alır, redaktorlarla ciddi mübahisələr edirik.