5 E.ə. 3-cü minillikdə qədim Misir xalqı öz yazı sistemini yaratdı. Sonralar yunanların heroqlif adlandırdıqları bu yazı, əsasən, heykəllər və sarkofaqlar üzərində həkk olunurdu. Bu yazıdakı işarələr təkcə sözləri yox, səsləri də ifadə edirdi. Şumer yazısından fərqli olaraq, Misir yazısı 750 hərfdən ibarət idi. Belə (mürəkkəb, çətin, ağır) yazını uşaqlıqdan öyrənmək lazım idi. Bu işin çətinliyi təkcə işarələri yadda saxlamaqda deyil, (həm də, həmçinin) hər sözü xüsusi qayda üzrə tərtib etməkdə idi. Ona görə də savadlı adamlar çox az idi. Yazmaq və oxumaq isə xüsusi (peşə, sənət, ixtisas) sayılırdı.
6 Şumerlərdən bizə qədər gəlib çatan yazı bizdən sonrakı nəsillərə də gedib çatacaq və üzərində yazılan materiallar dəyişsə də, bəşəriyyətin yaddaşı olmaqda davam edəcək.
“Ailəm” jurnalından, 2009-cu il, №42