Onun musiqisinin dinləyiciləri sağaltdığı artıq təsdiq olunub. Bu da mənə incəsənətin müalicəvi gücünə
inanmaq üçün əsas verir. “Xirosimadan qeydlər”
adlı irihəcmli essesi də atom bombardmanlarının
qurbanlarına həsr edilmiş kədərli rekviyemdir. Mən özümün sübut edilməmiş inamıma əsaslanaraq, XX əsrdə
texnologiyanın ağlasığmaz inkişafının nəticəsi olan bütün eybəcərlikləri və qüsurları dinc surətdə
aradan qaldırmaq istərdim”.
- Hikari ilə H.Kelleri şəxsi keyfiyyətləri baxımından müqayisə edin.
- R.Oppenheymerin atom bombasının acı nəticələrini gördükdən sonra yaşadığı hislərlə K.Oenin
düşüncələrini müqayisə edib münasibət bildirin.
- Sizcə, K.Oe eybəcərlik və qüsur dedikdə nəyi nəzərdə tutur və nəyə etiraz edir?
- “21 Sentyabr Beynəlxalq Sülh Günüdür” mövzusunda təqdimatla çıxış edin.
- “Fiziki qüsurlu insanlarda istedad” mövzusunda inşa və ya esse yazın.
-
Tutaq ki, sizə yoldaşlarınızdan birinin inşa və ya esse yazısına münasibət bildirmək, ona
rəy yazmaq tapşırılmışdır. Rəy yazmaq üçün aşağıdakı ardıcıllığa riayət etməlisiniz:
❖ |
Rəyin başlığı. Nəyə və kimə verilməsi göstərilir və səhifənin ortasında rəy sözü
yazılır.
|
❖ |
Rəyin ümumi məzmunu. Bu və ya digər bir faktın həm müsbət, həm də mənfi
cəhətləri
təhlil olunur. Təhlil dəqiq müddəalarla göstərilir.
|
❖ |
Rəyin nəticəsi. Rəyçinin irəli sürdüyü təklif və tövsiyələr bir neçə cümlə ilə
ifadə
edilir.
|
❖ |
İmza. Bu hissədə rəyçi adını, atasının adını və soyadını göstərir, qarşısında
isə
imzasını qoyur.
|
❖ |
Tarix. Rəyçi imzasının altında bütöv şəkildə gün, ay və ili göstərir. |
- Rəy işgüzar sənəd növüdür.
- Rəy ərəb sözü olub,
bir şey haqqında fikir,
mülahizə, söz mənasını verir.
- Rəy, əsasən, aşağıdakı mənalarda işlədilir:
- Bir əsər, tamaşa, konsert, kinofilmi və s.
təhlil və tənqid edən məqalə, yazı.
- Fikir, mülahizə.
- “Onu bağışlamaq olarmı?!” bədii filminə baxıb mülahizələriniz əsasında 33-cü səhifədəki
nümunədən istifadə etməklə əsasında rəy hazırlayın.