1890-cı ildə Anna öyrənir ki, Norveçdə Raqnilda Kaata adlı lal və kar bir qız “Tadoma” metodu ilə danışmağı və yazmağı öyrənib. O bu metodu Helenin də üzərində sınaqdan keçirmək qərarına gəlir. Bu zaman Helenin artıq 10 yaşı vardı. Tezliklə Helen insanın dodaqlarına toxunaraq onun nə dediyini anlamağa başlayır. Sallivan müxtəlif sözlərin (hərflərini, həriflərini) Helenin əlinin içində işarə etməkdə də davam edirdi. Nəticədə Helen əvvəl ingiliscə, sonra isə almanca və fransızca oxumağı öyrənir. Az sonra isə o(,) artıq “Brayl” metodu ilə yunanca da oxuya bilirdi...
1894-cü ildə Helen Nyu-Yorkdakı korlar məktəbinə daxil olur. “Redklif” kollecində oxumağa başlayanda o, alman və latın dillərini də bilirdi. Sonra isə rus dilini də öyrənməyə müvəffəq oldu.
Helen 1904-cü ildə - 24 yaşında ikən “Redklif”in pedaqogika fakültəsini əla qiymətlərlə bitirir. O, tarixə kar, kor və lal kimi ali təhsil alan ilk adam olaraq düşür.
Şəbinə Vahidqızı,
“İşıq” jurnalından, 2013-cü il, №3