3 Həkimlər Helenin zehni xəstə olduğunu demiş və valideynlərinə təklif etmişdilər ki onu həmişəlik ruhi xəstəxanalardan birinə yerləşmək(-sin, -lər, -dir). Ancaq valideynlər həkimlərin heç biri ilə razı deyildilər. Onlar düşünürdülər ki, qızları ruhi deyil, sadəcə, fiziki xəstədir və bunun bir çarəsini tapmaq olar.
1886-cı ildə Helen atası ilə birlikdə doktor Çisolmun yanında olur. Doktor Çisolm Heleni müayinə etdikdən sonra onları telefon ixtiraçısı Aleksandr Qreyam Bell ilə görüşdürür. Heleni Boston korlar məktəbinə yerləşdirirlər. Məktəb direktoru 20 yaşlı Anna Sallivanı Helenə müəllim təyin edir. A.Sallivan 1887-ci ilin martında Helenin Alabamadakı evinə gəlir və beləliklə, onların arasında gələcək 49 illik münasibətin əsası qoyulur. Anna Sallivan ömrünün sonuna kimi Helen Kellerin yanından ayrılmır, onun qazandığı bütün uğurlarda birbaşa və ya dolayısı ilə iştirak edir...
4 Anna Sallivan Helenlə ünsiyyət qura bilmək üçün (barmaqlarıyla, barmaqları ilə) onun əlinə yazı yazmağa başlayır. O, Helen üçün gətirdiyi gəlinciyi onun bir əlinə verir, digər əlinin içinə isə barmaqları ilə “gəlincik” sözünü yazır. Helen müəlliminin barmaqlarını öz (ovcunda, ovucunda) hiss edir, onun yazdıqlarını duyur, ancaq əlinə yazılanların mənasını başa düşmək(-mə, -ür, -dü). Bu metod müxtəlif əşyalarla davam etdirilsə də, bir faydası olmurdu. Anna isə səbirlə öz təliminə davam edirdi...
Bir gün Anna Helenin əlini axar suyun altına tutur. Digər əlinin içinə isə “su” yazır. Helen, nəhayət ki, bir əlində hiss etdiyi sərin su ilə digər əlinə müəlliminin yazdığı sözü bir-biri ilə əlaqələndirə bilir. Bu hadisədən sonra Helendə möhtəşəm bir inkişaf başlayır. Bu balaca qızın qarşısında sanki yeni bir dünyaya qapılar açılır və o bu qapılardan içəri girərək (sürətlə, sürət ilə) addımlayır. Müəllimindən hər bir şeyi ona yazaraq öyrətməsini istəyir. Tədricən o, yazılı mətnləri də (həvəslə, həvəs ilə) öyrənir.