Uzax keçmişdən başlamış əsrrər boyu müxdəlif ölkələrdə yüzlərlə süni dil layihəsi meydana çıxmışdır. Süni dil ideyası ümumdünya dili yaratmaxnan bağlıdır. Bu layihənin yaradıcılarına görə ümumi dil hamı üçün aydın və asan istifadə edilən bir dil olmalıdır. Volyəpük və esperanto dili ən geniş yayılmış süni dillərdən hesab olunur.
Digər süni dillərdən fərqli olaraq, esperanto dili bədii ədəbiyat üçün də yararlıdır. Bu dil geniş lüğət tərkibinə, zəngin ifadə və təsvir vasitələrinə malikdir. Hər bir dildən esperantoya bədiyi tərcümə etmək olur. Bu tərcümələr içərisində Ömər Xəyyamın rübailəri diqqəti cəlb edir. Esperanto dili elmi məclislərdə, konqres və simpoziumlarda geniş istifadə olunan ünsiyət vasitəsinə çevrilmişdir.
Esperanto dilinin qramatik sistemi türk dillərinə uyğun gəlir. Azərbaycan dilində işlənən beynəlxalq sözlərin çoxuna bu dilin leksikasında rast gəlmək olur. Onun yazısı da latın əlifbası əsasında qurulmuşdur.
(Afad Qurbanov)