T |
Talan |
əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı quldurcasına çıxış; mal-mülkün qarət edilməsi
|
Terror |
öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən məhv etməyə qədər zorakı tədbirlər siyasəti |
Tezis |
doğruluğu sübut edilməli olan müddəa |
Tədqiq |
bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, elmi cəhətdən araşdırmaq |
Tədricən |
yavaş-yavaş, az-az |
Təfəkkür |
insanın fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı |
Təkid |
bir şeyin üstündə durma; israr etmə, israrla tələb etmə; israr |
Tələffüz |
bir hərfi və ya sözü, kəlməni söyləmə xüsusiyyəti, tərzi |
Tərtib |
ayrı-ayrı hissələri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, yaratma |
Tərz |
üsul, qayda |
Təsdiq |
deyilən sözün, başqasının mülahizəsinin, yaxud bir sənədin, faktın və s. gerçək olduğunu iqrar etmə, təsdiqləmə |
Təsis |
əsasmı, binasını, təməlini qoyma; qurma, yaratma |
Təşəbbüs |
bir işə başlama |
Təşrif gətirmək |
öz gəlişi ilə bir şəxsi və ya yeri şərəfləndirmə; gəlmək, buyurmaq |
Tətbiq |
həyata keçirmə, icra etmə |
Təyinat |
kurs, məktəb və s. qurtarmış mütəxəssislərin müəyyən yerlərə işə təyin etmə, göndərmə |
Tövsiyə |
necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, məsləhət, tapşırıq |