S |
Sac |
üzərində lavaş, yuxa, bozlamac, qutab və s. bişirmək üçün ortası qalxıq, dairəşəkilli çuqun və ya dəmir lövhə
|
Senat |
Qədim Romada yüksək hakimiyyət orqanı |
Səlis |
rəvan, sərbəst, axıcı, hər cəhətdən mükəmməl |
Səmərə |
fayda, mənfəət, xeyir |
Sərbəst |
başqasından asılı olmayan, müstəqil |
Sərvət |
var, dövlət |
Səyyar |
hərəkət edən, gəzən, dolsan; bir yerdə durmayan, yerini dəyişdirən, daim bir yerdə durmayıb istənilən yerə daşınan |
Sığmaq |
yerləşmək, girə bilmək |
Simpozium |
hər hansı bir xüsusi elmi məsələyə dair beynəlxalq müşavirələrin adı |
Sintez |
birləşmə, ümumiləşmə, qovuşma |
Stasionar |
daim, həmişə bir yerdə olan, yerini dəyişməyən; ambulatoriyada deyil, xəstəxanada müalicə edilən; sabit, hərəkətsiz |
Strategiya |
geniş miqyasda hərbi əməliyyat, müharibə hazırlama və aparma sənəti |
Süni |
təbii deyil, insan əli ilə düzəldilmiş, əslində olduğu kimi düzəldilmiş; saxta |
Ş |
Şaquli |
şaqul kimi yuxandan aşağıya enən
|
Şelf |
materikin su altında 200 metrə qədər dərinlikdə olan davamı, hissəsi |
Şəbəkə |
ağacdan, metaldan, daşdan, məftildən qayrılmış tor, hörgü, barmaqlıq; ornament |
Şifr |
gizli yazı üçün şərti işarələr sistemi |
Şüur |
dərrakə, anlaq, düşünmə, dərk etmə, anlama qabiliyyəti |