P |
Panteon |
Qədim yunanlarda və romalılarda: bütün allahların şərəfinə tikilmiş məbəd |
Partitura |
çoxsəsli musiqi əsərinin bütün partiyalarının məcmusu |
Pedaqogika |
tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm |
Pedaqoji |
pedaqoqla əlaqədar olan |
Pedaqoq |
sənəti müəllimlik və tərbiyəçilikdən ibarət olan adam |
Perqament |
kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi |
Petroqlif |
daş, qaya üzərindəki rəsmlər |
Pərakəndəlik |
bir yerdə və müntəzəm halda olmayan; nizamsız, qarma-qarışıq, dağınıq |
Piktroqrafiya |
qədim yazı növü, şəkli yazı |
Platforma |
möhkəm materialla örtülü hündür, düz meydança, səki |
Prizma |
iki üzü bərabər və uyğun tərəfləri paralel çoxbucaqlı; baxış bucağı |
Psixiatr |
ruhi xəstəliklər həkimi |
Psixoloq |
psixologiya mütəxəssisi; insan psixologiyasının incəliklərini bilən |
R |
Rapsodiya |
Qədim yunan səyyar xanəndələrinin (rapsodların) simli musiqi alətinin müşayiəti ilə ifa etdikləri epik nəğmələr |
Regenerasiya |
itirilmiş və ya zədələnmiş hissələrin bərpa edilməsi |
Rekonstruksiya |
abidələrin bərpası |
Rəyçi |
rəy yazan adam, rəy müəllif |
Ritm |
bir şeyin bu və ya başqa şəkildə növbələnməsi; müntəzəmlik |